İyul ayında Azərbaycanda ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 9 milyard 712,3 milyon manat təşkil edib.
Cashless.az Mərkəzi Bankın statistikasına əsasən xəbər verir ki, nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 189,8 milyon manat azalıb. Buna baxmayaraq, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,94% yüksəkdir.
Hesabat ayında kartlardan 4 milyard 117,9 milyon manat nağdlaşdırılıb.
İyulda nağdsız ödənişlərin ümumi kart dövriyyəsində payı 68,14% olub. Nağdsız dövriyyənin 8 milyard 454,8 milyon manatı e-commerce, 1 milyard 255 milyon manatı isə POS-terminal əməliyyatlarının payına düşüb.
İyulda ölkə xaricində aparılan əməliyyatların həcmi 397,5 milyon manat olub. Bu göstərici əvvəlki ayla müqayisədə 7,9% artıb.

