Azərbaycanda ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 2026-cı ilin may ayında 9 milyard 902,1 milyon manat təşkil edib.
Cashless.az Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə istinadən xəbər verir ki, nağdsız ödənişlərin həcmi aprel ayı ilə müqayisədə 1 milyard 221,8 milyon manat və ya 14,08% artıb.
May ayında ölkə daxilində və xaricdə ödəniş kartları ilə ümumilikdə 290,8 milyon əməliyyat aparılıb. Əməliyyatların ümumi həcmi isə 14 milyard 532,6 milyon manat olub.
Kartlarla aparılan əməliyyatların ümumi həcmində nağdsız ödənişlərin payı 68,14% təşkil edib.
Hesabat ayında elektron ticarət əməliyyatlarının həcmi 8 milyard 574,9 milyon manat, POS-terminallar vasitəsilə aparılan ödənişlərin həcmi isə 1 milyard 324,6 milyon manat olub.
Nağd pulun çıxarılması əməliyyatlarının həcmi 4 milyard 262 milyon manat təşkil edib.

