Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank filialları və şöbələrində köçürmə sistemləri vasitəsilə daxil olan vəsaitlərin statistikasına görə, 2026-cı ilin fevral ayında ümumi daxilolmalar 637,2 min ABŞ dolları təşkil edib. Bunun 156 min ABŞ dolları respublika daxilindən, 481,2 min ABŞ dolları isə xarici ölkələrdən daxil olub.
Cashless.az xəbər verir ki, fevralda daxil olan vəsaitlərin 75,5%-i xarici ölkələrdən, 24,5%-i isə ölkə daxilindən olub.
2026-cı ilin yanvar-fevral aylarında isə ümumi vəsait 1 538,8 min ABŞ dolları olub. Bu vəsaitlərin 702,8 min ABŞ dolları respublika daxilindən, 836 min ABŞ dolları isə xarici ölkələrdən gəlib. Statistik göstəricilərə görə, bu dövrdə daxil olan vəsaitlərin 54,3%-i xarici ölkələrdən, 45,7%-i isə respublika daxilindən təmin edilib.

