2026-cı ilin fevral ayında Naxçıvan Muxtar Respublikasında (MR) bank sektorunda müştəri hesablarının sayında əhəmiyyətli artım qeydə alınıb.
Cashless.az xəbər verir ki, rəsmi statistikaya əsasən, fevralda region üzrə bank hesablarının ümumi sayı 428 min 866-ya çatıb.
Bu, yanvar ayı ilə müqayisədə ciddi artım deməkdir. Belə ki, yanvarda bu göstərici 249 min 458 olub. Bu isə 1 ayda nə az nə çox, düz 1.7 dəfə artım deməkdir. Cari hesablar üstünlük təşkil edərək 361 min 763 vahid təşkil edib. Hesabat dövründə bank hesablarının böyük hissəsi fiziki şəxslərin payına düşür. Belə ki, fiziki şəxslərin hesabları 424 min 602 təşkil edib. Hüquqi şəxslərin hesablarının sayı isə 4 min 264 olub. Bundan əlavə, fərdi sahibkarların fəaliyyəti ilə bağlı hesablar da artım nümayiş etdirərək ümumi dinamikanı dəstəkləyib.
Qeyd edək ki, ümumilikdə Azərbaycanda da bank müştəri hesablarının sayı artmaqdadır və 2026-cı ilin əvvəlinə bu göstərici 56 milyonu ötüb.

