2026-cı ilin fevral ayına olan məlumata əsasən Naxçıvan Muxtar Respublikasında (MR) ümumi POS-terminalların sayı 4 063 ədədə çatıb. 2025-ci ilin müvafiq dövründə isə bu rəqəm 2 911 ədəd təşkil edib. Nəticədə 40%-ə yaxın artım qeydə alınıb.
Cashless.az xəbər verir ki, fevralda MR üzrə POS-terminallar vasitəsilə aparılmış nağdsız ödənişlərin həcmi isə 10,6 milyon manat olub. Məlumata əsasən regionda fəaliyyət göstərən banklara məxsus ödəniş alətləri vasitəsilə (POS-terminal və elektron ticarət) nağdsız ödənişlərin həcmi isə 63,2 milyon manat təşkil edib.
Müvafiq dövrdə Naxçıvan şəhərində POS-terminalların sayı 2 209 ədəd təşkil edib. Məlumata əsasən rayon və kənd mərkəzlərində POS-terminalların sayı isə 1 854 ədəd olub. Müvafiq dövrdə ödəniş terminallarının artım dinamikası isə 361 ədəd hesablanıb.
Qeyd edək ki, 2026-ci ilin fevral ayı üçün Naxçıvan şəhərində 51, rayon və kənd mərkəzlərində isə 47 bankomat fəaliyyət göstərir. Ümumilikdə isə bölgədə 98 bankomatın istifadəsi mümkündür.

