Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə artıb.
Cashless.az xəbər verir ki, 2026-cı il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan onlayn NKA-ların sayı 3 372 ədəd təşkil edib.
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar–iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 291,5 milyon manatdan çox olub.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,6 milyon manat və ya 27,3 faiz çoxdur.
Bununla yanaşı, Naxçıvanda “ƏDV geri al” layihəsi üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi də artıb. 2026-cı ilin yanvar–iyun aylarında muxtar respublika üzrə istehlakçılara 986,2 min manat ƏDV məbləği geri qaytarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz çoxdur.
Ümumilikdə, “ƏDV geri al” layihəsinin icrası müddətində Naxçıvanda istehlakçılara qaytarılan məbləğ 5,1 milyon manata yaxın olub.

