2026-cı ilin yanvar-may aylarında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 237,1 milyon manatdan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,2 milyon manat və ya 28,2 % çoxdur.
Cashless.az xəbər verir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı il iyunun 1-nə muxtar respublikada qeydiyyatda olan onlayn NKA-ların sayı 3 347 ədəd təşkil edib.
Şəffaf hesablaşmaların təşviqinə xidmət edən “ƏDV geri al” mexanizminin tətbiqi də Naxçıvanda davam etdirilir. 2026-cı ilin yanvar-may aylarında muxtar respublika üzrə istehlakçılara 812,3 min manat ƏDV məbləği geri qaytarılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 % çoxdur.
Ümumilikdə, layihənin icrası müddətində Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 4,9 milyon manatı keçib.

