Özünü nağdsız ödəniş platforması kimi təqdim edən fintex şirkəti “Nayax” ötən ili güclü maliyyə nəticələri ilə başa vurub.
Cashless.az xəbər verir ki, şirkətin CEO-su Yair Nechmad yeni müsahibəsində bildirib ki, ötən il üzrə xalis mənfəəti 35.5 milyon dollar olub. Bu həm də şirkətin tarixində ilk dəfə illik mənfəətə çıxması kimi qeyd olunub.
CEO Yair Nechmad bunu əsasən nağd ödənişlərdən nağdsız ödənişlərə keçidin artması, kart və rəqəmsal ödənişlərin daha çox istifadə olunması ilə izah edib.
Xatırladaq ki, şirkətin qlobal qərargahı ABŞ-nin Maryland ştatında yerləşir.

