Neft qiymətləri artımını davam etdirib.
Cashless.az xəbər verir ki, West Texas Intermediate markalı neft 3%-ə yaxın artaraq 96,21 dollar, Brent xam nefti isə 3,2% yüksələrək 103,42 dollar olub. Bu, Brent üçün 2022-ci ilin avqustundan bəri ən yüksək bağlanış səviyyəsidir.
Qeyd edək ki, investorların əsas diqqəti indi Fed-in çərşənbə günü açıqlayacağı faiz qərarına yönəlib. Bazarda gözlənti odur ki, tənzimləyici faiz dərəcələrini 3,5%–3,75% aralığında sabit saxlayacaq.
İnvestorlar xüsusilə Fed rəhbəri Jerome Powell-ın açıqlamalarını izləyəcəklər. Neft qiymətlərinin artmasının inflyasiyaya mümkün təsiri və iqtisadi proqnozlar əsas diqqət mərkəzində olacaq.
Eyni zamanda Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,03 ABŞ dolları və ya 0,94% azalaraq 108,16 ABŞ dolları olub.

