Qlobal ödəniş infrasturkturu şirkəti Nium stabilkoin kartları üçün yeni platforma təqdim edib. Bildirilir ki, bu kartlar Visa və Mastercard şəbəkələri üzərindən işləyir.
Cashless.az xəbər verir ki, yeni sistem sayəsində ödəniş zamanı stabilkoinlər avtomatik olaraq adi pula çevrilir. Bu da istifadəçilərə kartdan adi qaydada istifadə etməyə imkan verir.
Platforma şirkətlər üçün prosesi xeyli sadələşdirir. Belə ki, stabilkoin kart proqramlarını qurmaq artıq daha az vaxt və xərc tələb edir. Əvvəllər aylarla çəkən proses indi bir neçə günə həyata keçirilə bilər.
Bundan əlavə, bütün texniki və uyğunluq (compliance) məsələləri vahid sistemdə birləşdirilib. Bu isə bizneslərin əlavə infrastruktur qurmasına ehtiyacı aradan qaldırır.
Qeyd edək ki, stabilkoin kartları da Visa, Mastercard kartlarına formaca oxşardır. Amma stabilkoin kartlarında dollar, avro, manat kimi valyuta deyil, kripto balansı olur. Nium-un yaratdığı yeni platforma vasitəsilə stabilkoin kartlarında olan balans adi bank kartlarındakı balans kimi görünür.

