2026-ci ilin fevralında ölkədə ödəniş kartlarının ümumi sayı 22 milyon 347 min ədəd təşkil edib. O cümlədən təmassız ödəniş kartlarının sayı isə 18 milyon 279 min ədəd olub. Məlumata əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10,4% artıb.
Cashless.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına istinadən yazır ki, ötən ayla müqayisədə artım isə 191,5 min ədəddən çoxdur.
Debet kartlarının sayı daha çox 20 milyon 275 min ədəd təşkil edib. Kredit kartlarının sayı isə 2 milyon ədəddən yüksək olub. Məlumata əsasən debet kartları üzrə aylıq fərq 193 min ədəddən çox olub, kredit kartları üzrə aylıq fərq isə 1.74 min ədəddən daha az olub.

