Statistikaya əsasən, 2026-cı ilin may ayında ölkədə ödəniş kartlarının sayı 22 milyon 827 min ədədə çatıb.
Aprel ayı ilə müqayisədə kartların sayı 309,4 min ədəd artıb. İllik müqayisədə isə artım 11,6% təşkil edib.
Kart növlərinə baxdıqda, əsas artım debet kartlar üzrə müşahidə olunub. May ayında sosial kartların sayı 3 milyon 439 min, əməkhaqqı kartlarının sayı 2 milyon 885 min, kredit kartlarının sayı isə 2 milyon 064 min ədəd təşkil edib.
Aprel ayı ilə müqayisədə bütün kart növlərində artım qeydə alınıb.

