Azərbaycan Mərkəzi Bankının ödəniş sektoru üzrə açıqladığı statistik göstəricilərə əsasən, 2026-cı ilin may ayında ölkədə POS-terminalların sayı 160 897 ədəd təşkil edib. Aprel ayı ilə müqayisədə POS-terminalların sayı 672 ədəd artıb.
POS-terminalların böyük hissəsi Bakı iqtisadi rayonunun payına düşür. May ayında Bakıda POS-terminalların sayı 100 696 ədəd olub. Bununla belə, bir ay ərzində Bakıda POS-terminal sayı 407 ədəd azalıb.
Regionlar üzrə isə artım müşahidə olunub. May ayında regionlarda POS-terminalların sayı ümumilikdə 1 135 ədəd artıb. Aylıq artıma görə ilk üçlükdə Gəncə-Daşkəsən, Naxçıvan və Qazax-Tovuz iqtisadi rayonları yer alıb. ATM-lərin sayına gəldikdə, may ayında ölkə üzrə ATM sayı 3 590 ədəd təşkil edib. Bu, aprel ayı ilə müqayisədə 4 ədəd artım deməkdir. May ayında Bakıda ATM-lərin sayı 1 931, regionlarda isə 1 659 ədəd olub.

