Ölkədə POS-terminalların sayı bir ayda kəskin azalıb.
Azərbaycanda POS-terminal şəbəkəsində avqust ayında kəskin azalma qeydə alınıb. Mərkəzi Bankın statistikasına əsasən, POS-terminalların ümumi sayı bir ay ərzində 23 638 ədəd azalaraq 141 696-ya düşüb. Beləliklə, avqustda terminalların sayı əvvəlki ayla müqayisədə təxminən 14,3% azalıb.
ATM şəbəkəsində isə əksinə, cüzi artım davam edib. Avqustda Bakıda ATM-lərin sayı 2 ədəd artaraq 1 936-ya, regionlarda isə 1 ədəd artaraq 1 660-a çatıb.

