Azərbaycanda 2027-ci ildə fintex şirkətləri ilə bank olmayan kredit təşkilatlarının (BOKT) əməkdaşlığı çərçivəsində sahibkarların ödəniş dövriyyəsinə əsaslanan yeni kredit məhsulları bazara çıxa bilər.
Bu barədə Cashless.az-a açıqlamasında CIBPay şirkətinin direktoru Söhrab Fərhadov bildirib.
Fintexlərin sahibkarların onlayn ödəniş dövriyyəsinin həcmindən əsaslanaraq banklar və BOKT-larla birgə kredit məhsulları yaratmaq imkanlarına münasibət bildirən Fərhadov bu istiqamətin perspektivlərini müsbət qiymətləndirib:
“Məncə, gələn il bu istiqamətdə də artıq məhsullar çıxmağa başlayacaq”
CIBPay rəhbəri şirkətin də BOKT-larla əməkdaşlıq çərçivəsində nağdsız dövriyyəsinə əsaslanan məhsullar təqdim etməyi planlaşdırdığını, lakin layihənin təfərrüatlarını hələlik açıqlaya bilməyəcəyini bildirib.
Onun fikrincə, bazar da məhz bu istiqamətdə inkişaf edəcək.

