Onlayn alış-veriş, çatdırılma, keşbek və loyallıq proqramlarından vahid platforma üzərindən istifadə etmək mümkündür. OZİO Ekosistemi gündəlik alış-verişi daha rahat və sərfəli etməklə yanaşı, bizneslərə yeni müştərilər cəlb etmək və satışlarını artırmaq üçün imkanlar təqdim edir.
Bəs OZİO digər alış-veriş platformalarından nə ilə fərqlənir, istifadəçilərə hansı üstünlükləri qazandırır və gələcəkdə hansı rəqəmsal xidmətləri təqdim etməyi planlaşdırır?
Bu və digər suallarımızı OZİO Ekosistemi üzrə Marketinq Departamentinin rəhbəri Uğur Mahmudov cavablandırıb.
- OZİO istifadəçilərə hansı imkanları təqdim edir?
OZİO onlayn market alış-verişini, çatdırılmanı, keşbeki və partnyor üstünlüklərini vahid platformada birləşdirir. Məqsədimiz insanların gündəlik ehtiyaclarını daha rahat və sərfəli şəkildə qarşılaması üçün vahid rəqəmsal ekosistem yaratmaqdır.
- Bizneslər OZİO ilə əməkdaşlıqdan necə faydalana bilərlər?
Bizneslər OZİO Market vasitəsilə onlayn satış imkanlarını genişləndirə, OZİO Plus vasitəsilə isə yeni müştərilər cəlb edərək təkrar alışları artıra bilərlər. Əməkdaşlıq modeli biznesin fəaliyyətinə və qarşılıqlı fayda prinsiplərinə uyğun müəyyən edilir.
- OZİO-nu digər alış-veriş və loyallıq platformalarından fərqləndirən nədir?
Əsas fərqimiz alış-verişi, loyallığı və partnyor üstünlüklərini vahid ekosistemdə birləşdirməyimizdir. Biz yalnız məhsul və keşbek təqdim etmirik, həm də istifadəçilər üçün gündəlik dəyər, bizneslər üçün isə müştəri cəlbi və saxlanılması imkanları yaradırıq. Yerli bazarın ehtiyaclarına uyğun inkişaf edən milli platforma olmağımız strateji üstünlüyümüzdür.
- “OZİO 10-lar” proqramı və OZİO Kupon istifadəçilərə hansı üstünlükləri qazandırır?
“OZİO 10-lar” proqramı çərçivəsində istifadəçilər müəyyən edilmiş məbləğ üzrə ay ərzində 9 dəfə alış-veriş etdikdə, 10-cu alış-verişi eyni məbləğdə hədiyyə əldə edirlər. OZİO Kupon isə xüsusi endirim və təkliflərdən yararlanmağa imkan verir. Hər iki həllin məqsədi istifadəçilərə əlavə qənaət qazandırmaq və müştəri loyallığını artırmaqdır.
- OZİO Dəstək xidməti müştərilərə hansı imkanları yaradacaq?
Bizim üçün müştəri təcrübəsi sifarişin tamamlanması ilə bitmir. OZİO Dəstək yanaşmasının məqsədi istifadəçilərin sual və problemlərinə daha operativ cavab vermək, müraciətlərin həllini asanlaşdırmaq və xidmət keyfiyyətini davamlı yaxşılaşdırmaqdır. İstəyirik ki, istifadəçi OZİO-dan alış-veriş edərkən yalnız rahatlığı deyil, etibarlı dəstəyi də hiss etsin.
- OZİO-nun 24 saat çatdırılma istiqamətində planları nələrdir?
İstehlakçı davranışları dəyişir və rahatlıq artıq əlavə üstünlük deyil, əsas gözləntidir. 24 saat çatdırılma istiqamətinin məqsədi istifadəçilərə ehtiyac duyduqları məhsulları daha çevik vaxtlarda əldə etmək imkanı yaratmaqdır. Bu yanaşma ilə OZİO-nun gündəlik həyatın daha çox anında istifadə edilən platformaya çevrilməsini hədəfləyirik.
- OZİO-nun inkişafında hazırda hansı istiqamətlərə üstünlük verilir?
Əsas prioritetlərimiz aktiv istifadəçi sayının və onlayn sifarişlərin artırılması, partnyor şəbəkəsinin genişləndirilməsi və müştəri təcrübəsinin yaxşılaşdırılmasıdır. Eyni zamanda, fərdiləşdirilmiş təkliflər və məlumat əsaslı marketinq vasitəsilə daha effektiv və istifadəçi yönümlü xidmətlər qurmağa çalışırıq.
- OZİO gələcəkdə rəqəmsal maliyyə xidmətlərini də ekosistemə daxil etməyi planlaşdırırmı?
Vizyonumuz alış-verişi, loyallığı, partnyor üstünlüklərini və gələcək rəqəmsal maliyyə xidmətlərini vahid milli ekosistemdə birləşdirməkdir. Hədəfimiz OZİO-nu istifadəçilərin gündəlik həyatının bir hissəsinə, bizneslərin isə davamlı inkişaf tərəfdaşına çevirməkdir. Bizim üçün uğur yalnız istifadəçi sayı deyil, yaratdığımız real dəyərdir.

