“Ozon” elektron ticarət platforması Monqolustanda satışlara başlayıb. Bununla da şirkətin marketpleys kimi fəaliyyət göstərdiyi xarici bazarların sayı doqquza çatıb.
Cashless.az xəbər verir ki, Monqolustan sakinləri platforma üzərindən müxtəlif kateqoriyalar üzrə 90 milyondan çox məhsul sifariş edə bilərlər.
İlkin mərhələdə sifarişlərin çatdırılması 10 günədək vaxt aparacaq. Alıcılar sifarişlərini ölkə üzrə Monqolustan Poçtunun şöbələrindən təhvil ala biləcəklər.
Qeyd edək ki, “Ozon” 2021-ci ildən yaxın xarici bazarlarda fəaliyyətini genişləndirir. Şirkət Azərbaycanla yanaşı, Belarus, Ermənistan, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda da marketpleys xidmətləri göstərir.

