Türkiyənin maliyyə texnologiyaları şirkəti Papara kart və ödəniş xidmətlərini yenidən istifadəyə verib.
Şirkətin açıqlamasına əsasən, Papara Card ilə fiziki və onlayn alış-veriş, həmçinin kommunal və digər xidmət ödənişləri yenidən aktivləşdirilib. İstifadəçilər hesablarına vəsait yatırmaq, kartla ödəniş etmək və cashback imkanlarından yararlanmaq imkanı əldə ediblər.
Bununla yanaşı, 7/24 pul köçürmələri, qiymətli metallarla və investisiya məhsulları ilə əməliyyatların fasiləsiz davam etdiyi bildirilib.
Qeyd edək ki, Papara-nın fəaliyyət icazəsi şirkətlə bağlı qanunsuz mərc və çirkli pulların yuyulması üzrə aparılan araşdırma fonunda Türkiyə Mərkəzi Bankının 30 oktyabr 2025-ci il tarixli qərarı ilə ləğv edilmiş, bundan sonra bəzi xidmətlərin göstərilməsi dayandırılmışdı. Məhkəmənin 9 dekabr 2025-ci il tarixli qərarı ilə icazənin ləğvinin icrası dayandırılıb, 21 yanvar 2026-cı ildə isə Türkiyə Mərkəzi Bankı ləğv qərarını aradan qaldırıb. Bundan sonra xidmətlərin mərhələli şəkildə bərpasına başlanılıb.

