Elnur Əmikişiyev “PAŞA Ventures Company” MMC-nin baş icraçı direktoru təyin edilib.
Əmikişiyev 2020-ci ildən PAŞA Holding-də Xüsusi Layihələr üzrə Direktor və Ventures istiqaməti üzrə İcraçı Direktor vəzifələrində çalışıb. Bundan əvvəl o, 23 il BP şirkətində Maliyyə və Kommersiya departamentində müxtəlif rəhbər postlar tutub.
Cashless.az xəbər verir ki, yeni yaradılan “PAŞA Ventures” Saffron Restaurant Group, Blue Planet pərakəndə satış şirkəti, Caspian Entertainment və PAŞA Travel-i vahid mərkəzdən idarə edəcək.
Bu təyinat PAŞA Holding-in yeni strukturuna keçidi ilə bağlıdır. Artıq holdinq 3 alt-holdinqdən ibarətdir: PAŞA Maliyyə Holding, PAŞA Real Estate və PAŞA Ventures. Agro Dairy və Bravo isə ayrıca fəaliyyət göstərəcək.

