Cashless.az xəbər verir ki, “PAŞA Kapital İnvestisiya Şirkəti”nin Baş İcraçı Direktoru vəzifəsinə İsi Mustafayev təyin edilib.
Əmək fəaliyyətinə 2000-ci ildə iqtisadçı kimi başlayan Mustafayev ölkənin aparıcı banklarında və maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb. 2003-2016-cı illərdə Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələr tutub.
Son illərdə Azərpoçt MMC-də çalışıb. 2023-2026-cı illərdə şirkətin İdarə Heyətinin sədri, 2022-2023-cü illərdə isə sədr müavini olub.

