Azərbaycanın aparıcı elektron pul təşkilatlarından olan “PashaPay” MMC-də Komplayens üzrə baş inzibatçı vəzifəsinə yeni təyinat olub.
Cashless.az xəbər verir ki, Elvin Məmmədov “PashaPay”də Komplayens üzrə baş inzibatçı vəzifəsinin icrasına başlayıb.
O, bu təyinata qədər 2022-ci ilin iyul ayından etibarən “PAŞA Holdinq” MMC-də Komplayens inzibatçısı vəzifəsində çalışıb.
Elvin Məmmədovun bank sektorunda 8 ildən artıq təcrübəsi var. O, 2021-ci ilin iyun ayından 2022-ci ilin iyul ayına kimi “Rabitəbank” ASC-də Komplayens şöbəsinin rəhbəri, 2016-2021-ci illərdə isə “Azər Türk Bank” ASC-də Maliyyə monitorinqi şöbəsinin rəisi vəzifələrində işləyib.

