Avropa fintex şirkəti payabl. smartfonları ödəniş terminalına çevirən yeni “Tap to Pay” həllini təqdim edib.
Cashless.az xəbər verir ki, bu texnologiya NFC funksiyalı Android telefonlar vasitəsilə kontaktsız kart ödənişlərini qəbul etməyə imkan verir.
Yeni həll SoftPOS texnologiyası əsasında işləyir və tətbiq yükləndikdən dərhal sonra istifadəyə hazır olur. Sistem PIN daxil etmə, elektron qəbz, geri qaytarma və digər əməliyyatları dəstəkləyir.
payabl.-ın hesabatına əsasən isə Avropada istehlakçıların 41%-i kontaktsız kartlara, 21%-i isə Apple Pay və Google Pay kimi mobil cüzdanlara üstünlük verir.

