“Payonix Bank Olmayan Kredit Təşkilatı” MMC-nin rəhbərliyində dəyişiklik baş verib.
Zamin Cəfərov Ramiz oğlu şirkətin direktoru təyin edilib və avqustun 1-dən vəzifəsinin icrasına başlayıb. O, bu postda Elnur Əliyevi əvəz edib.
Payonix BOKT 2022-ci ilin iyununda dövlət qeydiyyatına alınıb, 2024-cpayonix ü ilin mayında isə Azərbaycan Mərkəzi Bankından BKT-47 nömrəli lisenziya əldə edib. Şirkət fiziki şəxslərə rəqəmsal kanallar vasitəsilə mikrokredit xidmətləri təqdim edir.
BOKT son dövrdə fəaliyyət miqyasını da genişləndirib. 2026-cı ilin əvvəlində şirkətin nizamnamə kapitalı 2,76 milyon manata çatdırılıb. 2025-ci ildə isə kreditlər üzrə faiz gəlirləri və komissiya gəlirləri əhəmiyyətli artım göstərib.

