Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 iyun 2026-cı il tarixli qərarı ilə “Paysis” MMC-yə verilmiş elektron pul təşkilatı lisenziyası ləğv edilib.
Cashless.az xəbər verir ki, söhbət 11 iyul 2024-cü il tarixində verilmiş EPT-007 nömrəli lisenziyadan gedir. Qərar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 54.1.1-ci maddəsinə əsasən qəbul olunub.
Xatırladaq ki, “Paysis” daha əvvəl qumar oyunlarının təşkilində iştirak etməkdə ittiham olunmuşdu. Azərbaycan Mərkəzi Bankı ötən ilin dekabr ayında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsini rəhbər tutaraq, şirkətə lisenziya çərçivəsində göstərilən ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş vermişdi.

