Bu ilin yanvar–mart aylarında ölkədə pərakəndə elektron ticarətin dövriyyəsi 80,7 milyon manat olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitənin hesabatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,8% artım deməkdir.
Cashless.az xəbər verir ki, hesabat dövründə ümumi pərakəndə ticarət dövriyyəsi 15,9 milyard manat təşkil edib. Bunun 0,51%-i isə internet və digər informasiya sistemləri vasitəsilə həyata keçirilən alış-verişin payına düşür.

