POS-terminal ödənişi dərhal təsdiqləyir və əməliyyat tamamlanmış görünür. Lakin vəsaitin hesaba köçürülməsi vaxt aparır. Adətən fərq hiss olunmur, bayram günlərində isə gecikmə üzə çıxır.
Cashless.az-a müsahibəsində ödəniş sistemləri üzrə ekspert Kənan Hüseynov hesablaşma müddətinin müştərinin xidmət aldığı banka görə fərqləndiyini qeyd edir.
Hüseynovun sözlərinə görə, POS-terminal vasitəsilə qəbul edilən vəsaitlər həmin gün və ya bir sonrakı iş günü sahibkarın hesabına köçürülür. Qeyri-iş günlərində həyata keçirilən əməliyyatlar isə növbəti iş günü emal olunur və hesablara köçürülür. Bəzi banklar isə daxili texnoloji imkanlarına görə bayram və istirahət günlərində də əməliyyatların emalını təmin edə bilir və vəsaitlərin hesaba köçürülmə müddətini qısaldır.
“Bir çox banklarda əsas məhdudiyyət texniki imkanlardan daha çox əməliyyat və prosedur yanaşması ilə bağlıdır. Sistemlər işlək olsa belə, settlement fayllarının emalı və təsdiqlənməsi prosesi avtomatlaşdırılmadığı üçün köçürmə növbəti iş gününə saxlanılır” — deyə ekspert qeyd edib.
Qeyd edək ki, 2026-cı ilin mayında 9-11 və 27-31-i qeyri-iş günüdür.

