Azərbaycan Mərkəzi Bankının ödəniş sektoru üzrə açıqladığı statistik göstəricilərə əsasən, 2026-cı ilin iyun ayında ölkədə POS-terminalların sayı 163 341 ədəd təşkil edib. May ayı ilə müqayisədə POS-terminalların sayı 2 444 ədəd artıb.
POS-terminalların böyük hissəsi Bakı iqtisadi rayonunun payına düşür. İyun ayında Bakıda POS-terminalların sayı 102 102 ədəd olub. Bir ay ərzində Bakı iqtisadi rayonunda POS-terminal sayı 1 406 ədəd artıb.
Regionlar üzrə də artım müşahidə olunub. İyun ayında regionlarda POS-terminalların sayı ümumilikdə 1 038 ədəd artıb. Aylıq artıma görə ilk üçlükdə Qazax-Tovuz, Naxçıvan və Quba-Xaçmaz iqtisadi rayonları yer alıb.
ATM-lərin sayına gəldikdə, iyun ayında ölkə üzrə ATM sayı 3 591 ədəd təşkil edib. Bu, may ayı ilə müqayisədə 1 ədəd artım deməkdir. İyun ayında Bakıda ATM-lərin sayı 1 940, regionlarda isə 1 651 ədəd olub.

