Qazaxıstanda e-ticarət əməliyyatlarının təxminən yarısı 25 000 – 100 000 tenge (təxminən 50-200 ABŞ dolları) aralığında həyata keçirilir.
Cashless.az xəbər verir ki, statistikaya əsasən, istifadəçilərin orta hesabla 32.13%-i müntəzəm olaraq onlayn alış-veriş edir.
Bildirilir ki, onlayn platformalar istehlakçı davranışında artıq ənənəvi ticarət mərkəzlərini geridə qoyur. Ən çox alınan məhsul kateqoriyası geyim, ayaqqabı və idman mallarıdır. İstifadəçilərin 71.29%-i bu məhsulları onlayn alır. Digər populyar kateqoriyalar isə 45.17% ilə ərzaq məhsulları, 33.2% ilə kosmetika, 33.19% ilə məişət malları və 31.94% ilə dərman vasitələri tutur.
Ödəniş üsulları sırasında bank kartları və rəqəmsal ödənişlər üstünlük təşkil etsə də, alternativ üsullar da geniş yayılıb. Belə ki, istifadəçilərin 56.51%-i ödənişi birbaşa kartla edir, 50.23%-i bank köçürmələrindən istifadə edir, 27.75%-i “Apple Pay” və “Google Pay” kimi mobil ödəniş xidmətlərinə üstünlük verir. Maraqlıdır ki, onlayn alış-veriş edənlərin bir hissəsi ümumilikdə istifadəçilərin 25%-dən bir qədər çoxu hələ də çatdırılma zamanı nağd ödənişə üstünlük verir.

