Qızıl qiymətlərində dalğalanmalar davam edir. Vətəndaşlar “Bu qiymətə qızıl almaq olar? sualına cavab axtarır. Türk iqtisadçı İslam Memiş sektorla bağlı əhəmiyyətli xəbərdarlıqlar edib. O, 2026-cı ili manipulyasiya ili adlandırıb və bu il investorları gözləyən təhlükə haqda danışıb.
Onun sözlərinə əsasən bu manipulyasiya bazarını il sonuna qədər davam etdirəcəklər: “Hərçənd müharibə bitsə də, bazarlarda narahatlıq qalacaq. Bu il maliyyə bazarlarında çox çətin olacaq. Hər ay fərqli alətlərdə sərt dalğalanmalar olacaq. Bu dalğalanmalar əllərində aktivi olanları təşvişə salır. Alış fürsəti gözləyənlər üçün isə şansdır”.
Qlobal bazarda qızılın bir unsiyasının qiyməti haqda ekspertin proqnozu isə belə olub: “Qısa müddətdə qızılda 4100–4650 dollar aralığında hərəkət edən bir trend görəcəyik. Bu dövr investorlar tərəfindən izlənilməlidir. Mənfi xəbərlərdə 4100 dollara, müsbət xəbərlərdə isə 4 650 dollara qədər qalxacaq”.
O, bildirib ki, əsas trend bu il üçün 5800–6000 dollar səviyyəsində olacaq: “Hər azalma isə davamlı olmayacaq”.
Qeyd edək ki, hazırda qızılın bir unsiyasının qiyməti qlobal bazarda 4400 dollardan bahadır.
