“Rabitəbank” ASC beynəlxalq ödəniş sistemi Visa-nın rəsmi “Principal Member” statusunu əldə edib.
Cashless.az Rabitəbankın məlumatına istinadən xəbər verir ki, “Principal Member” statusu banka sponsor bank vasitəçiliyi olmadan Visa şəbəkəsində birbaşa fəaliyyət göstərmək, ödəniş biznesini daha çevik idarə etmək, yeni nəsil kart məhsullarını daha sürətli bazara çıxarmaq və innovativ ödəniş həllərini genişləndirmək imkanı qazandırır.
Bankın açıqlamasına əsasən, yeni status həm də Rabitəbankın beynəlxalq maliyyə sektorunda mövqeyinin gücləndirilməsinə və Visa ilə strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsinə xidmət edir.
Qeyd edək ki, “Principal Member” statusu beynəlxalq kart sxemlərində üzvlüyün ən yüksək səviyyəsidir. Bu status banka müstəqil BIN (Bank Identification Number) sahibi olmaq, kart məhsullarını birbaşa emissiya etmək, beynəlxalq kart sxemi ilə birbaşa hesablaşma aparmaq imkanı verir.

