Mərkəzi Bank Cashless.az-a açıqlamasında bildirib ki, rəqəmsal manat layihəsi 2026-2028-ci illər üçün Rəqəmsal İnkişaf Planına salınıb.
Qurumun məlumatına görə, plana əsasən 2028-ci ilin sonunadək platformanın sadə və işlək versiyası hazır olacaq, texniki infrastruktur qurularaq sınaqdan keçiriləcək.
Mərkəzi Bankdan bildirilib ki, layihə hazırda araşdırma və konseptual dizayn mərhələsindədir. Qurumun qarşıda duran əsas məsələləri rəqəmsal valyutanın maliyyə sabitliyinə təsirlərinin minimuma endirilməsi, kibertəhlükəsizlik tələblərinin formalaşdırılması və müvafiq tənzimləyici çərçivənin hazırlanmasıdır. Bu prosesdə beynəlxalq təcrübə də nəzərə alınır.

