2025-ci ilin yekunlarına görə Rusiyada bankomatların sayı 2010-cu ildən bəri ən aşağı səviyyəyə enib.
Cashless.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatlarında qeyd edilib.
Bildirilib ki, 2026-cı il 1 yanvar tarixinə ölkədə 138 028 bankomat fəaliyyət göstərib. Müqayisə üçün qeyd olunur ki, 2010-cu ilin ortalarında Rusiyada təxminən 139 min bankomat var idi.
2025-ci ildə bankomatların sayı 5,9 min ədəd azalıb. Bu, 2020-ci ildən bəri ən aşağı azalma tempidir. Həmin il bankomatların sayı 2,6 min azalmışdı. 2024-cü ildə şəbəkə 7 min, 2023-cü ildə isə 29 min bankomat itirib. Mütəxəssislər qeyd edir ki, Rusiyada bankomatların azalması son on ildə müşahidə olunan tendensiyadır.
Bununla yanaşı, Rusiyanın daxili işlər nazirinin müavini Andrey Xrapov bank filiallarında nağd pul çıxarılmasına məhdudiyyət tətbiq edilməsini təklif edib.
Onun sözlərinə görə bank əməkdaşı müştərinin fırıldaqçıların təsiri altında olduğunu düşündüyü hallarda 50 min rubldan çox (təxminən 1100 manat-red.) nağd pul verilməməlidir.
Digər tərəfdən, Dövlət Dumasının maliyyə bazarları komitəsinin rəhbəri Anatoli Aksakov fiziki şəxslərin bankomat vasitəsilə hesablarına nağd pul yerləşdirməsinə aylıq 1 milyon rubl (təxminən 22 min manat) limitinin tətbiq edilməsinin zəruri olduğunu bildirib.

