2025-ci ildə rusiyalılar xaricdən geyim və ayaqqabı alışını əhəmiyyətli dərəcədə artırıblar.
Cashless.az xəbər verir ki, il ərzində vətəndaşlar xaricdən geyim və ayaqqabı alışına və çatdırılmasına 67,6 milyard rubl (təxminən 1,2 milyard manat) xərcləyiblər. Bu, illik müqayisədə 137% artım deməkdir.
Elektron ticarət şurasının rəhbəri Aleksey Fedorov isə qeyd edib ki, artımın əsas səbəbi marketpleyslərin fəaliyyətidir və onlar xaricdən sifarişi daha əlçatan ediblər.
Ən sürətli artım premium seqmentdə qeydə alınıb. Bu kateqoriyada alışların sayı 85% artaraq demək olar ki, iki dəfə yüksəlib. Ekspertlər bildirir ki, bir çox xarici brendlər Rusiyanı tərk etsə də, onlara tələbat qalır.
2025-ci ildə rusiyalılar ən çox aşağıdakı məhsulları xaricdən alıblar. lüks ayaqqabılar, çantalar, üst geyimləri, futbolkalar və polo köynəklər, gün eynəkləri.
Ən populyar premium brend isə ardıcıl ikinci il Gucci olub. İlk beşlikdə həmçinin Calvin Klein, Stone Island, Balenciaga və Supreme yer alıb.

