Samsung özünün Galaxy Card adlı kredit kartını təqdim edib.
Cashless.az xəbər verir ki, kart Barclays US Consumer Bank tərəfindən Visa şəbəkəsində buraxılır.
Galaxy Card istifadəçilərə gündəlik alış-verişə görə keşbəklər, Samsung məhsullarının alışında isə daha yüksək bonus imkanı təqdim edir. Kart üzrə müraciət, hesabın idarə edilməsi, xərclərin izlənməsi və mükafatların əldə olunması “Samsung Wallet” üzərindən aparılacaq.
Kart həm virtual formatda, həm də fiziki premium kart kimi təqdim olunur. Fiziki versiya metal kart formasındadır və üzərində qara Samsung loqosu yerləşir.
Məlumata görə, Galaxy Card ilə edilən alışlara görə istifadəçilər 5 faizə qədər keçbəklər əldə edə biləcəklər.
Qeyd edək ki, Samsung-un kredit kartı bazarına daxil olması Apple-ın öz kredit kartını təqdim etməsindən yeddi il sonra baş verir. Apple Card üzrə kart hesablarında qalıqların 20 milyard dollara qədər olduğu bildirilir.

