Thrive Capital, elektron ticarət platforması Shopify-ə təxminən 100 milyon dollar sərmayə yatırıb.
Cashless.az xəbər verir ki, bu addım Shopify-nin AI istiqamətində əldə etdiyi nəticələrdən sonra gəlib.
Şirkətin may ayında açıqladığı birinci rüb hesabatına görə, süni intellektlə idarə olunan trafik illik müqayisədə 8 dəfə, AI axtarışları üzərindən edilən sifarişlər isə 13 dəfə artıb. Bu artım Shopify-yə son dörd ilin ən yüksək gəlir artımını qazandırıb.
Mart ayında Shopify sahibkarlar üçün nəzərdə tutulan Tinker tətbiqini istifadəyə verdi. Tətbiq 100-dən çox süni intellekt alətini bir araya gətirir və marka yaratmaqdan tutmuş kontent hazırlamağa qədər bütün prosesi sürətləndir.
Qeyd edək ki, Thrive Capital fevral ayında 10 milyard dollarlıq Thrive X fondunu təqdim etmişdi. Fondun 1 milyard dolları erkən mərhələdəki startaplara, 9 milyard dolları isə artım mərhələsində olan şirkətlərə ayrılacaq.

