Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 8 layihəyə “Startap” şəhadətnaməsi təqdim edilib. Bununla da ölkədə bu statusu almış KOB subyektlərinin ümumi sayı 263-ə çatıb.
Agentliyə “Startap” şəhadətnaməsi almaq üçün əlavə 11 müraciət daxil olub. Ekspertlər Şurasının iclasında müraciətlərə baxılıb və onlardan 8-nin layihəsi müsbət qiymətləndirilib.
Yeni şəhadətnamələr süni intellekt əsaslı xidmətlər, rəqəmsal platformalar, onlayn marketpleyslər və digər texnoloji həllər təqdim edən startaplara verilib. Layihələr arasında süni intellekt əsaslı hədiyyə platforması, rəqəmsal qızıl alqı-satqı sistemi, bulud əsaslı klinika idarəetmə platforması və rəqəmsal yük daşıma xidmətləri kimi həllər yer alır.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi alan mikro və kiçik sahibkarlıq subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən azad edilir.
İnkişaf mərhələsində olan startap layihələri bu statusu almaq üçün KOBİA-ya müraciət edə bilərlər.
.png)
.png)

