Azərbaycan startapları üçün maraqlı bir fürsət yarandı. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İslam İnkişaf Bankı Qrupu ilə birgə İnnovasiya və Startap Müsabiqəsi elan edib.
Müsabiqə İslam İnkişaf Bankı Qrupuna üzv olan ölkələrdən yüksək potensiallı startapları bir araya gətirməyi hədəfləyir. İştirakçılar innovativ ideyalarını təqdim edə, qlobal investorlarla əlaqə qura və beynəlxalq bazarlara çıxış imkanı əldə edə bilərlər.
Son müraciət tarixi: 30 aprel 2026, saat 15:00
Müsabiqə necə keçəcək?
Müsabiqə dörd mərhələdən ibarətdir:
1. Qlobal açıq çağırış (aprelin 30-dək) Startaplar rəsmi platforma vasitəsilə müraciət edirlər. Qiymətləndirmə zamanı innovasiya, biznes modeli, komanda və sosial təsir meyarları nəzərə alınır.
2. Seçim və qiymətləndirmə (15 mayadək) Vençur kapital firmaları, maliyyə inkişafı institutları və korporasiyaların mütəxəssisləri bütün müraciətləri nəzərdən keçirir.
3. Mentorluq və Bootcamp (13–15 iyun) Seçilmiş startaplar intensiv təlim proqramına qatılır. Fandreyzinq, maliyyə modelləşdirməsi və effektiv təqdimat hazırlığı bu mərhələnin əsas mövzularıdır.
4. İnvestorlara təqdimat və yarımfinallar (16–17 iyun) İştirakçılar beynəlxalq münsiflər heyəti qarşısında layihələrini təqdim edir və real investorlarla üz-üzə görüşür.
Qazanacaqlarınız
- Pul mükafatı
- Sertifikat və tanınma lövhəsi
- İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumunda (PSF) sərgi paketi
- Beynəlxalq sərgilərdə iştirak imkanı
Layihənizin qlobal bazarda rəqabət aparmağa hazır olduğuna inanırsınızsa, aşağıdakı linkdən qeydiyyatdan keçin:

