“Strategy” şirkəti martda “Bitcoin” alışlarını davam etdirib və portfelini 762 099 BTC-yə çatdırıb.
Cashless.az xəbər verir ki, şirkət son həftə 1 031 “Bitcoin” alıb.
Bu alış zamanı “Bitcoin” üçün orta qiymət 74 326 dollar olub, bu isə şirkətin indiyə qədər aldığı “Bitcoin”lərin ortalama qiyməti olan 75 694 dollardan aşağıdır.
Martda “Strategy” ümumilikdə 41 362 “Bitcoin” alıb. Bu alışların ümumi qiyməti təxminən 2,93 milyard dollar olub. Hazırda “Bitcoin”in bazar qiyməti 70 430 dollar olduğuna görə, şirkətin portfeli təxminən 54 milyard dollar dəyərindədir və bu, alış qiymətindən təxminən 7% aşağıdır.
Qarşılaşdırmaq üçün deyək ki, “BlackRock” şirkətinin “iShares Bitcoin Trust ETF”si hazırda 785 300 Bitcoin saxlayır. “Strategy”nin portfeli bu rəqəmin təxminən 3% aşağısındadır. ABŞ-dəki bütün spot “Bitcoin ETF”ləri isə martın 20-si vəziyyətinə görə təxminən 1,3 milyon “Bitcoin”ə malikdir ki, bu da bütün mövcud “Bitcoin”lərin təxminən 6%-i deməkdir.

