Rusiyanın T-Bankı 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində bazara yeni məhsul çıxarıb. Bank smartfonlar üçün güzgü effektinə malik T-Pay ödəniş stikerlərini istifadəyə verib.
Stiker telefonun arxa panelinə yapışdırılır və həm təmassız ödəniş vasitəsi kimi işləyir, həm də gündəlik istifadə üçün güzgü funksiyasını yerinə yetirir. Məhsul mexaniki təsirlərə davamlı plastik materialdan hazırlanıb. Bankın açıqlamasına görə, xüsusi örtük stikerin həm nazik olmasını, həm də ödəniş terminallarında stabil işləməsini təmin edir.
Yeni T-Pay stikerləri üç dizaynda – gül, ürək və çobanyastığı formasında təqdim olunur. Gələcəkdə əlavə dizaynların da satışa çıxarılması planlaşdırılır.
NFC əsaslı T-Pay stikerləri vasitəsilə POS-terminallarda və ATM-lərdə təmassız əməliyyatlar aparmaq mümkün olacaqdır.

