Yaponiyanın beynəlxalq ödəniş kartı şirkəti JCB-yə aid kartlar Tayvan istehlakçıları üçün mobil ödənişlərdə yeni mərhələni açıb.
Cashless.az xəbər verir ki, belə ki, Tayvanın “Union Bank of Taiwan” və “Bank SinoPac” JCB ilə əməkdaşlıq sayəsində artıq bu iki bank tərəfindən verilən JCB brendli kredit kartları “Google Pay” vasitəsilə “JCB Contactless” ödənişlərini dəstəkləyəcək.
Məlumata əsasən bu, JCB-nin Yaponiya xaricində ilk dəfə belə bir funksiyanı təqdim etməsidir.
Qeyd edilir ki, bu addım, Asiyada qarşılıqlı işləyən, təhlükəsiz, rahat və rəqəmsal ödəniş həllərinə artan tələbi və regional banklarla qlobal texnologiya təminatçıları arasında əməkdaşlığın dərinləşməsini əks etdirir.

