“Telegram” platformasının üçüncü tərəf kripto cüzdanı olan “Wallet”in “Telegram” istifadəçilər üçün yeni və daha inkişaf etmiş ticarət funksiyasını istifadəyə verib.
Cashless.az xəbər verir ki, cüzdan “Lighter DEX” ilə tərəfdaşlıq çərçivəsində artıq daimi fyuçers müqavilələrə dəstək təqdim edir.
Bu yenilik o deməkdir ki, istifadəçilər aktivləri faktiki olaraq almadan belə, onların qiymət dəyişiklikləri üzərindən ticarət edə biləcəklər. Platforma 50-dən çox kripto aktiv üzrə əməliyyat aparmağa imkan verir.
Yeniliklə daha az kapital ilə daha böyük həcmdə əməliyyat aparmağa şərait yaradılır, lakin eyni zamanda riskləri də artırır.
Qeyd edək ki, daimi fyuçers müqavilələri klassik fyuçerslərdən fərqli olaraq bitmə tarixinə malik olmur. Bu səbəbdən treyderlər mövqelərini istədikləri qədər açıq saxlaya bilirlər.
Bildirək ki, bu addım “Telegram” ekosistemində kripto xidmətlərin daha da genişləndirilməsi və istifadəçilərə birbaşa tətbiq daxilində “DeFi” alətlərindən yararlanmaq imkanı təqdim olunması baxımından əhəmiyyətli hesab olunur.

