Azərbaycan Mərkəzi Bankı “Tiko Azərbaycan” MMC-nin fəaliyyətində məcmu kapitalın minimum miqdarı ilə bağlı tələbin pozulduğunu müəyyən edib.
Cashless.az xəbər verir ki, şirkətə pozuntunun aradan qaldırılması və daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
Qərar “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndinə və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən qəbul edilib.
Göstərişin icrası üçün müəyyən edilmiş müddət və pozuntunun məbləği barədə əlavə məlumat açıqlamayıb.

