Pavel Durovun açıqlamasından sonra TON 4 ayın maksimumuna qalxdı
Cashless.az xəbər verir ki, TON coin Pavel Durovun Telegram ilə bağlı bəyanatından sonra son sutkada 30% bahalaşaraq ən böyük kriptovalyutalar arasında 20-ci yerə yüksəlib.
TON coin-in qiyməti 1,84 dollara çatıb. Bu, yanvarın 5-dən bəri qeydə alınan maksimum nəticədir. Hazırda TON 1,8 dollar ətrafında ticarət olunur.
Qiymət artımı mayın 4-ü axşam Pavel Durovun açıqlamasından sonra başlayıb. Telegram-ın qurucusu “TON-u yenidən böyütmək” çağırışı edib. O bildirib ki, Telegram TON Foundation-u əvəz edəcək və şəbəkənin ən böyük validatoru olacaq.
Durov bu addımı “Make TON Great Again” (qısaca MTONGA) planının 7 mərhələsindən üçüncüsü kimi təqdim edib və şəbəkədəki komissiyaların təxminən 6 dəfə azaldılaraq, sıfıra yaxınlaşdığını qeyd edib
TON şəbəkəsində 400 validator fəaliyyət göstərir. 30 apreldən Telegram öz validatorları vasitəsilə 200 milyon TON, yəni 363 milyon dolları steykinqə yönəldib.

