Türkiyədə 2026-cı ilin aprel ayında ödəniş kartları ilə 2,6 trilyon lirə həcmində 1,8 milyard əməliyyat həyata keçirilib.
Cashless.az Türkiyənin Banklararası Kart Mərkəzinə (BKM) istinadən xəbər verir ki, ümumi ödəniş həcmi ötən ilin aprel ayı ilə müqayisədə 44%, əməliyyat sayı isə 14% artıb.
Aprel ayının sonuna olan məlumata görə, ölkədə ümumi kart sayı 462 milyon ədədə çatıb. Bunun 147,6 milyonu kredit kartı, 216 milyonu debet kartı, 98,4 milyonu isə prepaid kartdır.
İnternet üzərindən ödəniş kartları ilə əməliyyatların həcmi illik 39% artımla 756,9 milyard lirəyə çatıb.

