Bankaçılıq Tənzimləmə və Nəzarət Şurası (BDDK) rəqəmsal fırıldaqçılıq halları ilə mübarizə məqsədilə yeni tədbirlər planını banklara göndərib.
Cashless.az xəbər verir ki, bildirilir ki, yeni qaydalara əsasən, gecə saatlarında edilən EFT, Havale və FAST əməliyyatlarında yalnız SMS kodu kifayət etməyəcək.
Şübhəli və ya yüksək məbləğli əməliyyatlar avtomatik olaraq dayandırılacaq və müştəri nümayəndəsi ilə canlı “görüntülü təsdiq” tələb olunacaq.
22:00–06:00 saatları arasında riskli hesab edilən köçürmələr dərhal qarşı hesaba keçməyəcək, əvvəlcə yoxlamadan sonra tamamlanacaq. Söhbət istifadəçilərin çipli şəxsiyyət vəsiqəsi və NFC (yaxın məsafəli rabitə) texnologiyası vasitəsilə kimliklərini təsdiqləmələrinin tələbindən gedir.
BDDK-nın bu addımı gecə saatlarında istifadəçilərin yuxuda olduğu zaman edilən fırıldaqçılıq hücumlarının qarşısını almaq üçün atdığı bildirilir. Mətbuat yazır ki, yeni sistemlə pul çıxarılması üçün canlı üz və səs təsdiqi tələb olunacaq.

