Bu il yanvarın 1-nə Azərbaycanda virtual kartların sayı ötən il yanvarın 1-nə nisbətən 24,6% çox – 2,3 milyon ədəd olub.
Cashless.az xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, hesabat tarixinə dövriyyədə olan ödəniş kartlarının 10,7%-ni virtual kartlar təşkil edib.
Ötən ilin sonuna dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon ədəd olub, virtual kartlar istisna olmaqla ödəniş kartlarının 91,6%-i təmassız ödənişləri dəstəkləyib. Əvvəlki ilin sonu ilə müqayisədə ödəniş kartlarının sayı 10,5% artıb. Kartların 90,6%-ni (19,9 milyon ədəd) debet kartlar, 9,4%-ni (2,1 milyon ədəd) isə kredit kartları təşkil edib. 2025-ci ildə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi məbləği 2024-cü il ilə müqayisədə 19,3% artaraq 146,7 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 25,6% artaraq 99,1 milyard manat olub.

