ABŞ-nin Federal Ticarət Komissiyası (FTC) əsas ödəniş təşkilatları oyunçularına məktub göndərib.
Cashless.az xəbər verir ki, söhbət “Visa”, “Mastercard”, “PayPal”, “Stripe”dan gedir.
Xəbərdalıq məktubunda bildirilir ki, müştərilərə siyasi və dini baxışlarına görə ayrı-seçkilik edilməməlidir. Məktublarda şirkətlərə xəbərdarlıq olunub ki, müştərilərin “platformadan kənarlaşdırılması və ya onların maliyyə məhsul və xidmətlərinə çıxışının məhdudlaşdırılması” halları Federal Ticarət Komissiyası Aktının pozuntusu hesab edilə bilər. Bu da “FTC tərəfindən araşdırma və mümkün hüquqi tədbirlərlə nəticələnə bilər”. Agentliyin yaydığı açıqlamada qeyd olunub ki, bu xəbərdarlıqlara baxmayaraq, şirkətlər tərəfindən törədilmiş konkret pozuntu faktları göstərilməyib.
Qeyd edək ki, adları çəkilən bazarın əsas oyunçuları olan ödəniş təşkilatları bu ittihamlar ilə razılaşmırlar.

