“Visa” artıq süni intellekt vasitəsilə yüzlərlə əməliyyat həyata keçirib. Şirkətin məlumatına görə, aprel ayında təqdim etdiyi süni intellekt əsaslı alət pilot proqram çərçivəsində uğurla sınaqdan keçirilib.
Yeni alət müştərilərə alış-veriş prosesini avtomatik idarə etməyə imkan verib. “Visa”, bu uğurlu pilot mərhələdən sonra texnologiyanı genişləndirərək gələcəkdə Asiya və Avropada 20-dən çox tərəfdaşla pilot proqramlar həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, süni intellekt alətlərini hazırda “Mastercard”, “Amazon”, “PayPal” və “Perplexity” kimi digər nəhəng şirkətlər də test edir.

