Cashless.az xəbər verir ki, Western Union ABŞ dollarına bağlı ödəniş steybilkoini USDPT-nin buraxılışını elan edib. Token Solana blokçeyni əsasında işləyir və Anchorage Digital Bank N.A. tərəfindən emissiya olunur.
USDPT Western Union-un bir neçə strateji layihəsinin təməlini təşkil edəcək. Bu layihələr sırasında 2026-cı ildə 40-dan çox ölkədə istifadəyə veriləcək “Stable by Western Union” adlı istehlakçı məhsulu da var.
Hazırda Western Union-un infrastrukturu 200-dən çox ölkə və ərazini əhatə edir. Şirkət qlobal miqyasda 100 milyon istifadəçiyə xidmət göstərir.
Stabilkoin bazarının ümumi kapitallaşması hazırda təxminən 321 milyard dollara çatıb. Bazara 190 milyard dollarlıq həcmlə USDT liderlik edir.

