2026-cı ilin yanvar-aprel aylarında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manata çatıb.
Cashless.az Dövlət Vergi Xidmətinin məlumatına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5% çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil NKA-ların tətbiqi davam etdirilir. İndiyədək ölkə ərazisində 112 985 ədəd belə NKA quraşdırılıb.
Bildirilir ki, yeni nəsil NKA-lardan istifadə hesablamaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

